Bəs “Sabah”a sözünüz nədir? - Yeni reallıq

23:00 Sabah 55
Bəs “Sabah”a sözünüz nədir? - Yeni reallıq

Qurban Qurbanov “Qarabağ”la uzun illərdir uğur qazanır. Haqlı olaraq hər addımda Ağdam klubunu digər klublarımıza nümunə göstərirdik.

Baxın, siz də bunu edə bilərsiniz. Bəs niyə etmirsiniz?

Əksər hallarda cavab eyni olurdu:

“Qarabağ” illərin sistemidir. Qurban Qurbanov buna illərlə verilən zaman hesabına nail olub.

Bunun bəhanə olduğunu bilirdik. Hətta and içə bilərdik, amma sübut etmək mümkün deyildi.

Cənab Dambrauskaslı “Sabah”a təşəkkür!

Meydanda bunu əyani sübut etdi.

Litvalı mütəxəssis cəmi bir ildə mümkün olan hər şeyi qazandı - Azərbaycan çempionluğu və ölkə kuboku.

Üstəlik, mümkünsüz görünənə də imza atdı - debüt mövsümündə ardıcıl 4 mərhələ adlayaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi.

İndi sözünüz, bəhanəniz nədir?

Digər klublar, futbol ictimaiyyətini və azarkeşləri aldatmayın.

Klub milli komanda deyil ki, uğur qazanmaq üçün mütləq uzun illər və dərin sistem tələb olunsun.

Ortada iki nümunə var:

Uzun illər ərzində qurduğu sistemlə uğur qazanan “Qarabağ” və çox qısa müddətdə eyni zirvəyə doğru böyük addım atan “Sabah”.

Bilirəm, indi də deyiləcək ki, "Sabah"ın yaxşı imkanları var.

Unutmayın, yaxın keçmişdə "Sabah"dan da imkanlı "Bakı", "Xəzər Lənkəran", "İnter" olub.

Elə indi də var.

Ancaq bugünkü nəticələrin həndəvərinə belə düşə bilməyiblər.

Bəhanə axtarmaq yox, iş görmək lazımdır.

"Sabah" kimi!

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti