“Bayern”in baş məşqçisi Vensan Kompani bu il “qızıl top”u qazanmağa əsas namizədlər barədə fikirlərini bölüşüb.
Sportinfo.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, belçikalı mütəxəssis, mükafatı komandasının futbolçularından birinin qazanmasını arzuladığını bildirib:
“Futbolçularımın uğur qazanmasını istəyirəm. Buna görə d, hər bir məşqçi kimi, mən də yüz faiz qərəzli olacam.
Mükafatı Harri Keyn və ya Maykl Olisenin qazanmasına sevinəcəyimi deyəcəm. Bu oyunçular ötən mövsüm 182 qol vuran və çoxlu qələbələr qazanan komandanın bir parçası olublar”.
Kompani “qızıl top”un UEFA Çempionlar Liqasının qalibi olan PSJ-nin futbolçularından birinə verilə biləcəyini də istisna etməyib.
33 yaşlı Keyn bu mövsüm bütün turnirlərdə 5 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
