Bıçaqlanma olayının iştirakçısı iddialı klubla müqavilə bağladı - FOTO

20:40 I Divizion 116
Bıçaqlanma olayının iştirakçısı iddialı klubla müqavilə bağladı - FOTO

Bu ilin fevralında “Kəpəz”in futbolçusu Veysəl Rzayev tanımadığı şəxs tərəfindən bıçaqlanmışdı.

Gecə saatlarında baş verən dəhşərli hadisə zamanı Veysəl və futbolçu dostu Nihat Fərəci yad adamla mübahisə etmiş, nəticədə Rzayev bıçaq xəsarətləri almışdı.

Mətbuatda yayılan xəbərlərdə hadisənin futbolçuların yanındakı qızlara görə yaşandığı bildirilmişdi.

Veysəl həmin vaxt “qafqazinfo”ya verdiyi açıqlamada dostunun güdazına getdiyini demişdi:

“Mən mübahisə edən iki tərəfi ayırmaq istəyəndə bıçaq zərbələri mənə dəydi. Onunla heç bir əlaqəm olmayıb, adamı tanımırdım. Yanımdakı dostum da futbolçudur”.

Hadisənin üstündən 7 ay keçməsinə baxmayaraq, Veysəl Rzayevdən səs-soraq yoxdur. U-21 millimizin sabiq üzvü hazırda klubsuzdur.

Əvəzində, Nihat Fərəci özünə yeni iş yeri tapıb. O, karyerasını I Liqa təmsilçisi “Gəncəbasar”da davam etdirəcək.

23 yaşlı futbolçu ilə I Liqada çempionluğu hədəf seçən klub arasında 1 illik müqavilə bağlanıb.

HƏBİB / SPORTİNFO.AZ

Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatları

Digər Xəbərlər
Xəbər Lenti