"Turan Tovuz" növbəti transferini həyata keçirib.
Tovuz klubu “Sumqayıt”dan Aleksey Yankoviçi heyətinə qatıb.
Düzdür, bunun əla transfer olduğunu deyən sosial şəbəkə izləyiciləri az deyil.
Daha çox isə ötən mövsüm "Karvan-Yevlax" və "Kəpəz"lə oyunlarda vurduğu qol azarkeşlərlə bəh-bəhlə təqdim olunur.
Amma indidən deyim ki, Yankoviçin “Sumqayıt”dakı performansı heç də bundan xəbər vermir.
Bəli, ilk baxışdan yaxşı futbolçu təəssüratı bağışlayır. Sürəti var, başgicəlləndirici keçidləri var, əla zərbələri var.
Amma bu futbolçunun sabitliyi yoxdur. Bir oyunda partlayış edə bilər, amma sonrakı beş oyunda meydanda varlığı ilə yoxluğu bilinməz.
Məndə bu fikri məhz onun “Sumqayıt”dakı performansı formalaşdırıb. Hətta onun ötən mövsüm “Sumqayıt”da olan həmyerlisi, komandanın baş məşqçisi Saşa İliçin Yankoviçə daimi güvənməməsinin kökündə də məhz bu dayanırdı.
Futbolçu sabit deyildi, qeyri-sabit çıxış sərgiləyirdi.
Bu səbəbdən də nə start heyətində daimi yer ala bildi, nə də komandaya davamlı fayda verdi.
39 oyunda 5 qol, 6 məhsuldar ötürməsi var. Kimlərə qarşı? 4 qolu "Karvan-Yevlax", "Şamaxı", "Kəpəz" kimi autsayderlərin, digərini isə Birinci Liqa təmsilçisi "Zaqatala"nın qapısından keçirib.
Bu mövsüm də arxada qalan turlarda ciddi nə isə edib yadda qalmayıb.
Meydana çıxdığı 3 görüşdə xüsusi nəsə etməyib. Heç bir oyunda 90 dəqiqə meydanda qalmayıb.
Yəni yeni baş məşqçi Filipe Kandido da ona tam güvənmirdi.
Qısası, “Sumqayıt”dakı performansı ümid vermir. Hədəfi çempionluq olan “Turan Tovuz”u belə futbolçular çempionluğa daşıya bilməz."Turan Tovuz" növbəti transferini həyata keçirib.
Tovuz klubu “Sumqayıt”dan Aleksey Yankoviçi heyətinə qatıb.
Düzdür, bunun əla transfer olduğunu deyən sosial şəbəkə izləyiciləri az deyil.
Daha çox isə ötən mövsüm "Karvan-Yevlax" və "Kəpəz"lə oyunlarda vurduğu qol azarkeşlərlə bəh-bəhlə təqdim olunur.
Amma indidən deyim ki, Yankoviçin “Sumqayıt”dakı performansı heç də bundan xəbər vermir.
Bəli, ilk baxışdan yaxşı futbolçu təəssüratı bağışlayır. Sürəti var, başgicəlləndirici keçidləri var, əla zərbələri var.
Amma bu futbolçunun sabitliyi yoxdur. Bir oyunda partlayış edə bilər, amma sonrakı beş oyunda meydanda varlığı ilə yoxluğu bilinməz.
Məndə bu fikri məhz onun “Sumqayıt”dakı performansı formalaşdırıb. Hətta onun ötən mövsüm “Sumqayıt”da olan həmyerlisi, komandanın baş məşqçisi Saşa İliçin Yankoviçə daimi güvənməməsinin kökündə də məhz bu dayanırdı.
Futbolçu sabit deyildi, qeyri-sabit çıxış sərgiləyirdi.
Bu səbəbdən də nə start heyətində daimi yer ala bildi, nə də komandaya davamlı fayda verdi.
39 oyunda 5 qol, 6 məhsuldar ötürməsi var. Kimlərə qarşı? 4 qolu "Karvan-Yevlax", "Şamaxı", "Kəpəz" kimi autsayderlərin, digərini isə Birinci Liqa təmsilçisi "Zaqatala"nın qapısından keçirib.
Bu mövsüm də arxada qalan turlarda ciddi nə isə edib yadda qalmayıb.
Meydana çıxdığı 3 görüşdə xüsusi nəsə etməyib. Heç bir oyunda 90 dəqiqə meydanda qalmayıb.
Yəni yeni baş məşqçi Filipe Kandido da ona tam güvənmirdi.
Qısası, “Sumqayıt”dakı performansı ümid vermir. Hədəfi çempionluq olan “Turan Tovuz”u belə futbolçular çempionluğa daşıya bilməz.
XANOĞLAN/ SPORTİNFO.AZ
