Paytaxt klubunda bu qədər pul haradandır?

27 Sentyabr 2021 15:20 İngiltərə 768
Paytaxt klubunda bu qədər pul haradandır?

“Çelsi” bahalı transferlərdən doymur.

Sportinfo.az xəbər verir ki, London klubu “Yuventus”un futbolçusu Matteys de Liqti transfer etməyi planlaşdırır.

Məlumata görə, “Çelsi” ona görə 120 milyon avro ödəməyə hazırdır. 2022-ci ildə Matteysin müqaviləsində “kompensasiya qarşılığına getmə” bəndi qüvvəyə minəcək.

Müqaviləyə görə, 150 milyon avro ödəyən klub müdafiəçini ala bilər. Onun müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

O da bildirilir ki, futbolçunun agenti Mino Rayola yeni müqavilə bağlı “Yuventus”la danışıqlara başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM