"Məni dinləyər və "aman Ttanrım, necə gözəl sözlər deyir" deyərlər"

5 Mart 2021 00:00 İngiltərə 647
"Məni dinləyər və "aman Ttanrım, necə gözəl sözlər deyir" deyərlər"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp bu mövsüm azarkeşlərin komandanın uğursuzluqlarına reaksiyasından danışıb.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis deyib:

"Problem futbolun nəticələrlə bağlı olmasıdır. İndi insanlar əvvəlkindən daha yaxşı olmayan nəticələri görmək istəmirlər.

15 və ya 20 matçda qalib gəlsək, insanlar məni dinləyər və "Aman tanrım, necə gözəl sözlər deyir" deyə danışarlar.

Bu cür şeylər problem deyil. Mən buna cavabdehəm. Nəinki indi, sonrakı bir neçə ildə də. Ona görə də bu zamandan az da olsa fayda götürməmiş keçməsinə icazə verməyəcəyik.

Hələ də çətin vəziyyətdə olduğumuz üçün bunu sübut edə bilmərik. Amma bir az sonra sübut edəcəyik. Görək, mövsüm necə bitir. Hələ Çempionlar Liqasında da mübarizə aparırıq. Bəzi şeylər edə bilərik".

"Liverpul" Premyer Liqanın turnir cədvəlində 43 xalla 6-cıdır. Komanda Çempionlar Liqasının 1/8 finalının cavab görüşləri çərçivəsində martın 10-u "Leyptsiq"i qəbul edəcək. Tərəflər arasında ilk matç "Liverpul"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı