Premyer Liqa klubu baş məşqçisini istefaya göndərdi

26 Yanvar 2021 00:28 İngiltərə 572
Premyer Liqa klubu baş məşqçisini istefaya göndərdi

“Çelsi” baş məşqçisi Frenk Lempardla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

42 yaşlı məşqçinin 2022-ci ilin yayına qədər olan müqaviləsi ləğv edilib. Rəhbərlik uğursuzluğa görə gənc məşqçi ilə vidalaşıb.

Britaniya mətbuatı Lempardı PSJ-nin sabiq baş məşqçisi Tomas Tuhelin əvəzləyəcəyini yazıb.

Futbolçu kimi 13 il (2001-2014) "Çelsi"nin şərəfini qoruyan Lempard 2019-cu ilin yayından paytaxt təmsilçisini çalışdırırdı. Komanda hazırda Premyer Liqada 9-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti