Azərbaycan futbolu QALMAQAL çox görmüşdü, amma beləsi… VİDEO

21 Avqust 2023 00:30 Qalmaqal 1 102
Azərbaycan futbolu QALMAQAL çox görmüşdü, amma beləsi… VİDEO

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bağlanış matçında “Neftçi” “Sabah”ın qonağı olub.

Oyunda qalib müəyyənləşməyib - 1:1.

Hesabı 43-cü dəqiqədə meydan sahiblərinin heyətində Boyan Letiç açıb. 49-cu dəqiqədə Yon İrasabalın avtoqolu matçda sonuncu olub.

Bu nəticədən sonra “Sabah” dörd xalla beşinci, “Neftçi” iki xalla səkkizincidir.

Qarşılaşmanın sonlarında gərginlik yaşanıb. Epizodların birində “Sabah”ın baş məşqçisi rəqib futbolçu Andre Şinyaşikiyə topu autdan oyuna daxil etmək üçün götürməyə imkan verməyib.

Şinyaşiki etiraz edincə Masazır klubunun müdafiəçisi Amin Seydiyev onu itələyib. Bu isə Murad Musayevi əsəbiləşdirirb.

O da öz növbəsində futbolçusuna sərt etirazını bildirib və onu itələyib. Hadisələrin yekununda hakim M.Musayevə qırmızı vərəqə göstərib.

Digər Xəbərlər
Xəbər Lenti