Rəhbərliklə qalmaqal yaşayan komanda bu gün meydana çıxacaqmı?

18 Oktyabr 2023 09:00 I Divizion 984
Rəhbərliklə qalmaqal yaşayan komanda bu gün meydana çıxacaqmı?

Bu gün I Liqada 5-ci tura start veriləcək.

İlk oyun günündə 1 qarşılaşma keçiriləcək.

«İmişli» doğma rayonda «İrəvan»la üz-üzə gələcək. Son günlər yaşadığı qalmaqallarla ictimaiyyətin diqqət mərkəzinə düşən «İrəvan» səfərə yollanacaq.

Bu haqda klubdan redaksiyamıza məlumat verilib. Bildirilib ki, futbolçuların əksəriyyəti son anda meydana çıxmağa razılaşıb.

Qərbi Azərbaycan təmsilçisi ciddi böhran yaşayır. Rəhbərliyin kollektivə 4 aylıq maaş borcu var.

Komanda üzvləri məşqləri boykot edib, hazırlıq prosesinə qatılmayıb. Yalan vədlərdən boğazaya yığılıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti