Bu mövsüm yenidən I Liqaya qayıdan «Karvan»da sürpriz ayrılıq baş verib.
Uzun illərdir burada çalışan Kənan Kərimov klubu tərk edib.
Yevlax futbolunun canlı əfsanəsi vitse-prezident postundan gedib. Onun konkret hansı səbəbdən «sarvanlar»la vidalaşdığı açıqlanmıır.
Amma söz-söhbətlərə inansaq, Kərimov rəhbərliklə arasında yaranan fikir ayrılığına görə bu addımı atmaq məcburiyyətində qalıb.
Millinin sabiq hücumçusu 20 ilə yaxındır ki, «Karvan» camiəsinə bağlıdır. O, Həvəskarlar Liqasından və Region Liqasından bəri burada yol gəlib.
Aran təmsilçisinin 14 illik aradan sonra Premyer Liqaya qayıdışı da Kərimovun xidmətidir.
I Liqada ikinci yer tutaraq elitaya dönən yevlaxlılar qalıcı ola bilmədi. Füzuli Məmmədovla 12-ci - sonuncu yeri tutan komanda aşağı liqaya yuvalandı.
SPORTİNFO.AZ

