Elvin Cəfərquliyev İraqa yollandı - Kərbəlayi olacaq

30 Sentyabr 13:40 Hadisə 506
Elvin Cəfərquliyev İraqa yollandı - Kərbəlayi olacaq

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev İraqa yola düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Belə ki, Kərbəlaya gedən zəvvarlardan biri Azərbaycan millisinin oyunçusunun təyyarədə olan fotosunu paylaşaraq ziyarətə getdiklərini bildirib.

Elvin Cəfərquliyev sentyabrın əvvəlində zədədən əməliyyat olunub. O, Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə cavab oyununda zədələnib.

Futbolçunun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM