“SPORT XƏBƏR”: O da "Qarabağ"dan gedir? - VİDEO

“SPORT XƏBƏR”: O da  "Qarabağ"dan gedir? - VİDEO

“Sportinfo TV”nin izləyicilərinin böyük maraqla gözlədiyi “Sport Xəbər”in növbəti buraxılışı efirə gedib.

Aytən Mustafayevanın təqdimatında təqdimatında yayımlanan verlişdə bir sıra maraqlı xəbərlər diqqətə çatdırılıb.

Bildirilib ki, bu mövsüm Super Liqada iştirak edən «Çorum» Marko Yankoviçlə yenidən təmas qurub. Türkiyə klubu menecerlər vasitəsilə «Qarabağ»ın yarımmüdafiəçisinə növbəti təklifini irəli sürüb.

Qarşı tərəf bu yay Çin, Səudiyyə Ərəbistanı və Yaponiya komandalarından da dəvət almış orta sahə oyunçusuna illik 600 min avro ödəməyə hazırdır.

Monteneqro yığmasının üzvü bu maaşa razı olarsa, onunla 2 illik müqavilə imzalanacaq.

2022-ci ilin yayında «Qarabağ»ın formasını geyinən balkanlı legionerin sözləşməsi 2027-ci ilin yayında bitəcək. Keçidə yalnız bu maneə ola bilər.

Çünki «Çorum» Yankoviçi təzminat ödəmədən əldə etmək istəyir. Bunu səbəbkarın nəzərinə çatdırıblar.

Yenidən I Liqaya qayıdan «Karvan»da sürpriz ayrılıq baş verib. Uzun illərdir burada çalışan Kənan Kərimov klubu tərk edib.

Yevlax futbolunun canlı əfsanəsi vitse-prezident postundan gedib. Onun konkret hansı səbəbdən «sarvanlar»la vidalaşdığı açıqlanmıır.

Amma söz-söhbətlərə inansaq, Kərimov rəhbərliklə arasında yaranan fikir ayrılığına görə bu addımı atmaq məcburiyyətində qalıb.

«Səbail» rəhbərliyində isə yeni vəzifə bölgüsü aparılıb. Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan kluba idman direktoru təyin olunub.

Post bir müddət əvvəl akademiyanın başına qaytarılan Mirbağır İsayevə tapşırılb.

Bununla əlaqədar toplantı keçirilib, o, kollektivə təqdim olunub. İdarə Heyəti tərəfindən İsayevə böyük səlahiyyətlər verilib.

Vaxtilə yığmanın formasını geyinmiş yarımmüdafiəçi həm uşaq futboluna, həm də əsas komandaya nəzarət edəcək.

Görüləcək işlər və qeydə alınan nəticələrlə bağlı hesabat ona təqdim olunacaq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti