Bugünlərdə «Araz-Naxçıvan»ın sükanı arxasına keçən Yuri Maksimovun səsini çıxmasını çox gözləmək lazım gəlməyib.
Yeni baş məşqçi burada problemlə üzləşib.
Kluba kuratorluq edən Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovun qapısını döyən ukraynalı çalışdırıcı rəsmilərin onun işlərinə qarışmağa cəhd göstərdiyini bildirib.
O, funksionerlərin bəzi məşqçiləri əsas komandaya cəlb etməsi üçün təzyiq kampaniyasına başladığını deyib.
Maksimov söyləyib ki, nəticələrə cavabdehlik daşıyan əsas şəxs kimi bu kimi hallardan narahatdır.
Mütəxəssis bu cür müdaxilələrə tezliklə son qoyulmayacağı təqdirdə, komandanın vəziyyətini yaxşılaşdırmağın mümkün olmayacağını vurğulayıb.
Muxtar Respublika təmsilçisinin ukraynalı ilə anlaşması 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. O, bu vəzifədə Cavid Hüseynovu əvəzləyib.
Y.Maksimov müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon” və SSKA-da (Kiyev) çalışıb.
58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə”nin (indiki “Şamaxı”) baş məşqçisi olub, Azərbaycan kubokunu qazanıb.
SPORTİNFO.AZ
