Şəhid futbolçunun qardaşı bu komandanı doğma şəhərdə gözləyir - VİDEO

22 Sentyabr 07:20 I Divizion 550
Şəhid futbolçunun qardaşı bu komandanı doğma şəhərdə gözləyir - VİDEO

20 Sentyabr - Xankəndi Şəhəri Günü münasibətilə şəhər sakini, şəhid qardaşı Elman Vəliyev “Xankəndi FK”nın doğma şəhərinə qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Elman Vəliyevin qardaşı Rizvan Vəliyev vaxtilə Xankəndinin futbol klubunda hücumçu kimi çıxış edib. O, 1992-ci il yanvarın 28-də Xocalıda şəhid olub.

Elman Vəliyev bildirib ki, “Xankəndi FK”nın doğma şəhərində ev oyunlarını keçirməsi onun üçün xüsusi anlam daşıyır.

Onun sözlərinə görə, klubun Xankəndiyə qayıtması və matçlarını burada keçirməsi Rizvan Vəliyevin timsalında şəhidlərin ruhunu da şad edəcək.

“Klubumuzu Xankəndi şəhərində böyük həvəslə gözləyirik!” - deyə Elman Vəliyev fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə