Avropa Futbol Klublarının (EFC) 33-cü Baş Assambleyası keçirilib.
Sportinfo.az xəbər verir ki, tədbirdə quruma üzv olan Azərbaycan klublarının nümayəndələri də iştirak ediblər.
Azərbaycanı Assambleyada “Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə”, “Turan Tovuz”, “Sumqayıt”, “Şəfa” və “İmişli”nin rəsmiləri təmsil ediblər.
Tədbirdə EFC prezidenti Nassir Əl-Xelaifi, UEFA prezidenti Aleksander Çeferin iştirak ediblər.
Özündə 900-dən çox klubu birləşdirən Avropa Futbol Klubları qitənin peşəkar futbol klublarını təmsil edən, UEFA və FİFA tərəfindən tanınan klub təşkilatıdır.
Qurumun qərarverici orqanı olan İcraiyyə Komitəsinin üzvləri sırasında “Qarabağ” klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov da var.
Baş Assambleyada Avropa klub futbolunun aktual məsələləri, klubların maraqlarının qorunması və beynəlxalq futbol qurumları ilə əməkdaşlıq müzakirə olunub.



