Vəzifəsindən gedən baş məşqçi ilə bağlı yayılan xəbərlərə REAKSİYA

02:40 I Divizion 65
Vəzifəsindən gedən baş məşqçi ilə bağlı yayılan xəbərlərə REAKSİYA

“Xankəndi” baş məşqçi Zaur Hacıyevlə yolların ayrılması və yeni çalışdırıcının təyin olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, klub bir sıra media resurslarında yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Bildirilib ki, Zaur Hacıyevlə yolların ayrılması, həmçinin Röyal Nəcəfov və Kamal Quliyevin komandanın baş məşqçisi postuna namizəd olması barədə məlumatlar klub tərəfindən təsdiqlənməyib.

Klubdan qeyd olunub ki, adıçəkilən şəxslərin baş məşqçi postuna namizədliyi ilə bağlı rəhbərlik tərəfindən hər hansı rəsmi qərar qəbul edilməyib.

Bu barədə yayılan məlumatlar “Xankəndi” FK-nın mövqeyi və rəsmi açıqlaması olmadan səsləndirilən iddialardır.

Bildirilib ki, qərar və təyinatlarla bağlı ictimaiyyətə rəsmi məlumat verilməzdən əvvəl müxtəlif şəxslərin namizəd kimi təqdim olunması düzgün informasiya mühiti formalaşdırmır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız