«Səbail» transfer bazarında dayanmaq bilmir.
I Liqanın iddialı iştirakçısı növbəti legioneri sıralarına qatıb.
Tezliklə Qubanı təmsil etməyi qarşısına məqsəd qoyan klub Samuel Nonqo ilə anlaşıb. Onunla 2027-ci ilin yayınadək qüvvədə qalması nəzərdə tutulan müqavilə imzalanıb.
22 yaşlı Nonqo hücumçudur və vaxtilə Kamerunun U-17 yığmasının formasını geyinib. Yerli akademiyaının - «Dauprin»in yetirməsi 2022-2024-cü illəri «Adana Demirspor»da keçirib.
Türkiyədən sonra Xorvatiyaya yollanıb, «Slaven Belupo» ilə münasibətlərini rəsmiləşdirib.
Afrikalının növbəti «dayanacağ»ı Ukrayna olub. Burada 1 il «Veres»in uğurları üçün tər töküb və Albaniyaya üz tutub. «Belsani»də çıxış edib.
Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan sabiq «dənizçilər» ondan öncə Babakar Mbup ilə anlaşıb. Seneqallı mərkəz hücumçusu ilə mövsümün sonunadək qüvvədə qalacaq müqavilə imzalanıb.
Yaşı 24, boyu 1,92 sm olan afrikalı bunadək Serbiyada legioner həyatı yaşayıb. Bu ölkədə «Qrafaçar» və «Radniçki»nin formasını geyinib.
«Səbail» hazırda 7 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 2 qələbə və 1 heç-heçə əldə edən kollektiv ilk iki pilləni bölüşən «Şahdağ»la «Gəncəbasar»dan 2 xal geridədir.
SPORTİNFO.AZ
