"Xankəndi" klubunun yeni baş məşqçisi bəlli olub.
Sportinfo.az 1-ci liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Röyal Nəcəfov çalışdıracaq.
İmzalanmış müqaviləyə əsasən Röyal Nəcəfov 2026/2027-ci il mövsümünün sonunadək "Xankəndi"nin baş məşqçisi vəzifəsini icra edəcək. O, bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Zaur Hacıyevi əvəzləyib.
