Premyer Liqaya can atan kluba yeni idman direktoru təyin olundu - SON DƏQİQƏ

10:40 I Divizion 204
Premyer Liqaya can atan kluba yeni idman direktoru təyin olundu - SON DƏQİQƏ

«Səbail» rəhbərliyində yeni vəzifə bölgüsü aparılıb.

Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan kluba idman direktoru təyin olunub.

Post bir müddət əvvəl akademiyanın başına qaytarılan Mirbağır İsayevə tapşırılb.

Bununla əlaqədar toplantı keçirilib, o, kollektivə təqdim olunub. Diqqətə çatdırılıb ki, İdarə Heyəti tərəfindən İsayevə böyük səlahiyyətlər verilib.

Vaxtilə yığmanın formasını geyinmiş yarımmüdafiəçi həm uşaq futboluna, həm də əsas komandaya nəzarət edəcək.

Görüləcək işlər və qeydə alınan nəticələrlə bağlı hesabat ona təqdim olunacaq.

I Liqada üç tur arxada qalıb və 7 xala malik «Səbail» turnir cədvəlinin 3-cü pilləsində yer alıb. İlk həftələrdə 2 qələbə qazanan və 1 heç-heçə edən sabiq «dənizçilər» lider «Şahdağ»dan 2 xal geri qalır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız