Premyer Liqaya iddialı klubda Serbiyadan yeni hücumçu gətirdi - SON DƏQİQƏ

12:20 I Divizion 276
Premyer Liqaya iddialı klubda Serbiyadan yeni hücumçu gətirdi - SON DƏQİQƏ

I Liqanın iddialılarından «Səbail» növbəti transfer çalışmasını bitirib.

Qubaya köçməyə hazırlaşan klub bu dəfə hücum xəttini gücləndirib.

Çempionatın ilk 3 turunda cəmi 4 qol vuran sabiq «dənizçilər»in ön xətti düşünməsi başadüşüləndir.

Çünki Premyer Liqaya birbaşa vəsiqə uğrunda mübarizə aparan komandanın məhsuldarlığı aşağıdır. Vəziyyəti düzgün qiymətləndirən rəhbərlik Babakar Mbup ilə anlaşıb.

Seneqallı mərkəz oyunçusu ilə mövsümün sonunadək qüvvədə qalacaq müqavilə imzalanıb.

Yaşı 24, boyu 1,92 sm olan afrikalı bunadək Serbiyada legioner həyatı yaşayıb. Bu ölkədə «Qrafaçar» və «Radniçki»nin formasını geyinib.

«Səbail» hazırda 7 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 2 qələbə və 1 heç-heçə əldə edən kollektiv ilk iki pilləni bölüşən «Şahdağ»la «Gəncəbasar»dan 2 xal geridədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!