“Neftçi” müştəriləri sıraya düzülən aparıcı oyunçusunu qışda SATACAQMI?

14:00 Neftçi 214
“Neftçi” müştəriləri sıraya düzülən aparıcı oyunçusunu qışda SATACAQMI?

“Neftçi”nin vingeri Breno Almeyda ilə bağlı son günlər müxtəlif xəbərlər yayılıb. İstər yerli, istərsə də beynəlxalq mediada. İddialara görə, başda Kipr və Yunanıstan olmaqla, Avropanın bir çox klubu ondan əl çəkmir.
Bildirilir ki, PAOK və “Pafos” ən geci mövsümün sonunda hücum xəttini 26 yaşlı “sambaçı” ilə gücləndirməkdə qərarlıdır.
Xüsusən də PAOK rəhbərliyi braziliyalınının transferi üçün yüksək məbləğ ödəməyi düşünür.
O, “Neftçi”dən əvvəl “Etnikos”da oynadığından, kiprlilər futbolçunun uyğunlaşma problemi yaşamayacağını düşünürlər.
Premyer Liqanın ilk altı turu ərzində 7 qol, 2 assistlə yadda qalan cənubi amerikalı Polşadan da təklif alıb. Lakin bu, hələlik şifahi şəkildə olub.
Breno Almeydanın “Neftçi” ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. Saytımızın “ağ-qaralar”ın düşərgəsindən əldə etdiyi məlumata görə, Yuri Vernidub onun hazırkı durumundan razıdır. Baş məşqçi Minsk “Dinamo“su ilə Konfrans Liqasının oyunlarında zəif təsir bağışlayan braziliyalı barədə fikrini dəyişib. Ukraynalı Almeydanın satılmasının əleyhinədir. O, “sambaçı“nın ən azı gələn ilin yayınadək burada qalmasına tərəfdardır. Rəhbərliyin bu msələdə Vernidubla mövqeyi üst-üstə düşür. Hesab edirlər ki, Brenonun qışda ayrılması komandanı zəiflədəcək.
SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti