Azərbaycanda bu komandanın baş məşqçisi istefaya göndərildi - SON DƏQİQƏ

09:00 I Divizion 224
Azərbaycanda bu komandanın baş məşqçisi istefaya göndərildi - SON DƏQİQƏ

I Liqada yeni mövsümün ilk baş məşqçi istefası qeydə alınıb.

Çempionatın debütantı olan «Xankəndi» Zaur Hacıyevi görəvdən alıb.

Buna səbəb komandanın dünən üçüncü tur çərçivəsində keçirilən matçda MOİK-ə 0:2 hesablı məğlubiyyətdir. Bu qarşılaşmanın ardından iclas təşkil edən rəhbərlik mütəxəssislə müqaviləyə xitam verməyi qərara alıb.

Hacıyev Qarabağ bölgəsinin təmsilçisi olan komandanın sükanı arxasına bu ilin əvvəlində keçib. «Xankəndi»ni II Liqanın çempionu eləyən çalışdırıcı ilə yayda birillik yeni müqavilə imzalanmışdı.

Di gəl, I Liqaya uğursuz start vəziyyəti 180 dərəcə yədişdi. İlk turda «Səbail»lə 1:1 oynayan kollektiv «Gəncəbasar»ın ardınca, MOİK-ə də uduzunca, bu macəra burada da bitdi.

SPORTİNFO.AZ

"Xankəndi"nin yeni baş məşqçisi məlum oldu

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?