“Təəssüf, onun İspaniya pasportu yoxdur, oyunu çox xoşuma gəlir”

12:00 İspaniya 156
“Təəssüf, onun İspaniya pasportu yoxdur, oyunu çox xoşuma gəlir”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Almaniya yığmasının və “Liverpul”un yarımmüdafiəçisi Florian Virtsi komandasında görmək istədiyini etiraf edib.

Sportinfo.az xəbər verir ki, 65 yaşlı çalışdırıcı “Sport Bild”-ə açıqlamasında Almaniya millisinin hansı futbolçusunu İspaniya yığmasına dəvət etmək istəyəcəyi ilə bağlı suala cavab verib:

“Florian Virts fantastik futbolçudur. Təəssüf ki, onun İspaniya pasportu yoxdur. Oyunu çox xoşuma gəlir”.

İspaniya millisi isə Virtsiz də uğurlu çıxış edir. Dünya və Avropa çempionları dünən Xorvatiya yığmasına 4:1 hesabı ilə qalib gələrək, məğlubiyyətsiz oyunlar seriyasını 40-a çatdırıb və dünya rekordunu yeniləyib.

Digər Xəbərlər
Xəbər Lenti