Mahir Emreli: “Qələbənin dadını görəndən sonra hər şey dəyişir”

00:40 Bizimkilər 45
Mahir Emreli: “Qələbənin dadını görəndən sonra hər şey dəyişir”

“Bu, pozitiv məqamdır”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Rakuv”un hücumçusu Mahir Emreli deyib.

O, komandasının ardıcıl 3 oyundur qələbə qazanmasına belə şərh verib:

“Həm kubokda, həm də daxili liqada iki qələbə qazanmışıq. Milli komandaların oyunundan sonra derbi var.

Çalışacağıq ki, seriyamızı davam etdirək. Daxildə pozitiv ab-hava var.

Çünki qələbənin dadını görəndən sonra hər şey dəyişir.İndi biz ancaq qalibiyyətlərə köklənmişik. Yeni gələn məşqçinin qatdığı enerji də öz sözünü dediyi.

Taktiki olaraq da bizi inkişaf etdirir. Kubokda finala qədər gedə bilərik. Əlbəttə ki, bu, bizi ümidləndirir”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 20:00 Çək və bizə göndər!
15 Noyabr 01:10 Mahir kimə şərik oldu?