“Real”la yeni müqavilə imzaladı, maaşı xeyli artırıldı

00:20 İspaniya 67
“Real”la yeni müqavilə imzaladı, maaşı xeyli artırıldı

İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingem “Real”la müqaviləsini yeniləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Diario AS” nəşri məlumat yayıb.

23 yaşlı futbolçunun Madrid təmsilçisi ilə yeni sözləşməsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Yeni müqaviləyə əsasən, Bellingemin maaşı da əhəmiyyətli dərəcədə artırılıb. Buna səbəb onun “Real”ın layihəsində mühüm yer tutmasıdır.

İngiltərəli yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 16 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 160 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 20:00 Çək və bizə göndər!
15 Noyabr 01:10 Mahir kimə şərik oldu?