Kiprdə Superliqanın 9-cu turunun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi “Pafos” doğma meydanda “Omoniya 29 May”ı qəbul edib.
Görüş meydan sahiblərinin 4:2 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Məmmədov matçın 59-cu dəqiqəsində, komandası artıq bütün qollarını vurduqdan sonra meydana daxil olub.
Hazırda “Pafos” 16 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
