Komandamız Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurdu

04:20 Bizimkilər 42
Komandamız Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurdu

Azərbaycan komandası Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarını 6 medalla başa vurub.

Sportinfo.az xəbər verir ki, mükafatlardan 3-ü qızıl, 3-ü gümüş əyarlıdır.

Yığma üzvlərindən cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medala sahib çıxıblar.

Çimərlik güləşində Nihad Süleymanlı (80 kq), taekvondoda Adil Kazımlı (73 kq) və boksda Gülər Hüseynova (51 kq) isə yarışı gümüş mükafatla başa vurub.

Azərbaycan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 13 idmançı ilə təmsil olunub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...