Rusiya birinci liqasında lider olan “Nijni Novqorod”un qapıçısı İslam İmamov sportal.az-a açıqlama verib.
Sportinfo.az xəbər verir ki, Rusiyada dünyaya gələn həmyerlimiz karyerasını Azərbaycanda davam etdirmək şansından bəhs edib.
İmamov ona Premyer Liqa klublarımızdan maraq olduğunu etiraf edib:
"Bəli, Azərbaycandan 2-3 klubla danışığımız olmuşdu. Amma hər şey uzandı və heç vaxt nəticə vermədi.
Qərarın düzgün olub-olmadığını demək səhv olardı. Hələlik yaxşı bir komandada yer aldığıma və məşqlərdə hər gün daha yaxşı olmaq imkanına sahib olduğuma görə xoşbəxtəm".
