“Qarabağ”ın vingeri Meksikaya bu cür qol vurdu - VİDEO

00:50 Qarabağ 43
“Qarabağ”ın vingeri Meksikaya bu cür qol vurdu - VİDEO

KONKAKAF Millətlər Liqasının A Liqasında 1/4 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın legioneri Renaldo Sefasın üzvü olduğu Yamayka yığması öz meydanında Meksikanı 3:2 hesabı ilə məğlub edib.

Sefas da bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan vinger 75-ci dəqiqədə əvəzlənib.

O, komandasının ikinci qolunun müəllifi olub. 26 yaşlı futbolçu 46-cı dəqiqədə hesabı 2:0 edib.

Komandalar arasında cavab görüşü noyabrın 18-də keçiriləcək.

Sefasın qoluna videonun 00:50-ci dəqiqəsindən baxa bilərsiniz

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 20:00 Çək və bizə göndər!
15 Noyabr 01:10 Mahir kimə şərik oldu?