"Neftçi"də 2 qol vuran hücumçu Bosniyaya getdi

22:30 Neftçi 55
"Neftçi"də 2 qol vuran hücumçu Bosniyaya getdi

Yayda “Neftçi”nin yollarını ayırdığı Alessio Kurçi təxminən 3 aydan sonra yeni kluba keçib.

Sportinfo.az əbər verir ki, 24 yaşlı hücumçu Bosniya və Herseqovinada "Boraç" ilə anlaşıb.

Lüksemburq millisinin üzvü “Boraç”la 2028-ci ilin mayına qədər müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən ilin yayından bu ilin avqsutuna qədər "Neftçi"dən çıxış edən Kurçi "ağ-qaralar"da 19 rəsmi oyun keçirib, 2 qol vurub, 1 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti