Polşa Ekstraklasasında 14-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" səfərdə "Legiya"nın qonağı olub.
Qarşılaşma "Rakuv"un 4:2 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli keçmiş komandasına qarşı oyuna start heyətində başlayıb.
O, görüşün 58-ci dəqiqəsində Erik Otienonun vurduğu qolda məhsuldar ötürmə müəllifi olub. Emreli 73-cü dəqiqədə əvəzlənib.
Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran "Rakuv" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. "Legiya" isə 24 xalla 3-cü sıradadır.
"Legiya" - "Rakuv" 2:4
Qollar: Kacper Xodına, 56, Vahan Biçaqçyan, 63 – Patrik Makux, 21, Erik Otieno, 58, Olivyer Kvyatkovski, 61, 72
