“Erzurumspor” rəhbərliyi Nərimandan razı deyil, yolları ayıra bilərlər”

13:20 Bizimkilər 52
“Erzurumspor” rəhbərliyi Nərimandan razı deyil, yolları ayıra bilərlər”

“Erzurumspor”un hücumçusu Nəriman Axundzadənin Azərbaycan millisinin noyabrda keçirəcəyi oyunlar üçün heyətə çağırılmaması Türkiyə mətbuatının diqqətini çəkib.

Sportinfo.az xəbər verir ki, yerli KİV bunu 22 yaşlı futbolçunun Superliqa klubundakı zəif çıxışı ilə əlaqələndirib.

Bildirilib ki, Axundzadə millidə olduğu kimi, klubunda da faydalı ola bilmir. Təsadüfi deyil ki, o, icarə əsasında çıxış etdiyi “Erzurumspor”da bu mövsüm ümumilikdə 55 dəqiqə meydanda olub:

“Axundzadə formada olmadığı üçün Azərbaycan millisinin məşqçilər korpusu ona ehtiyac duymayıb. Bu, onun üçün yeni fürsət ola bilər.

Millilərin oyunları ilə əlaqədar yaranan fasilədə fiziki formasını artırsa, daha çox oyun şansı yaxalayar ki, bu da gələcəkdə yığmaya qayıtmasına kömək olar”.

Həmkarlarımızın iddiasına görə, Nəriman “Erzurumspor”da əsas heyət üzvünə çevrilə bilməsə, hətta qış fasiləsində belə, komandanı tərk edə bilər.

Düzdür, onun erzurumularla icarə müddəti mövsümün sonuna qədərdir. Lakin nə oyunçu özü, nə də klubu hazırkı durumdan məmnundur:

“Nəriman yenidən milliyə qayıtmağın yolunun klubunda müntəzəm oynamaq olduğunu yaxşı bilir. Bunun üçün lazım gəlsə hətta komandasını da dəyişə bilər.

Açığı, “Erzurumspor” rəhbərliyi də ondan razı deyil. Bu səbəbdən tərəflərin qış fasiləsində qarşılıqlı razılıqla yollarını ayırması istisna deyil”.

Nəriman Axundzadə müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!