"Azərbaycan klublarına onları transfer etməyi məsləhət görürəm"

3 Fevral 2023 09:40 Azərbaycan Futbolu 1 297
"Azərbaycan klublarına onları transfer etməyi məsləhət görürəm"

«Yaxın keçmişdə və hazırda Super Liqala oynayan bir neçə tanınmış, amma özünü göstərə bilməyən futbolçular var ki, mən Azərbaycan klublarına onları transfer etməyi məsləhət görürəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Türkiyənin tanınmış jurnalisti Ahmet Selim Kul deyib.

"A Spor" kanalının əməkdaşı bildirib ki, Türkiyədə çıxış edən oyunçuların bundan sonra Premyer Liqaya axınını gözləməyə dəyər:

«Bunun üçün ilk növbədə Yassin Benzianın «Qarabağ»da necə təsir bağışlamasından çox şey asılıdır

Vaxtilə Fransanın ən istedadlı gənclərindən biri sayılmış yarımmüdafiəçi Azərbaycanda karyerasının yüksəlişinə keçərsə, digərləri də ölkənizə gələcək.

Bu, Azərbaycan futbolunun imicini xeyli qaldıracaq. Odur ki, klublarınızın belə bir risk alması lazımdır.

Türkiyədə oynamış, amma ölkənizə gəlməyə tərəddüd edən legionerlər görsə ki Benzia burada uğurlu oldu, fikirlərindən daşınacaqlar.

Daha heç kim Azərbaycan klublarından aldığı təklifə dünyanın sonu kimi baxmayacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"