Azərbaycanda futbol 11 deyil, 9 nəfərlə oynanılacaq - Texniki direktordan göstəriş!

Azərbaycanda futbol 11 deyil, 9 nəfərlə oynanılacaq - Texniki direktordan göstəriş!

AFFA cari sezondan etibarən aşağı yaş qrupları üzrə liqalarda bir sıra yeniliklər etməyi planlaşdırır.

Bir qədər öncə federasiyanın baş katibi Cahangir Fərəcullayevin iştirakıyla klub və akademiya rəhbərlərinin iştirakıyla onlayn toplantı başlayıb.

Burada Premyer Liqa, I Liqa və II Liqa mənsublarıyla yanaşı, ayrı-ayrı futbol məktəblərinin nümayəndələri də iştirakçıdır.

Müzakirəyə çıxarılan məsələlər bir neçədir.

Məlum olub ki, AFFA-nın yeni texniki direktoru Edmond Klaus uşaq, yeniyetmə və gənclər liqalarının reqlamentinə, həmçinin əsasnaməsinə bəzi «düzəlişlər» etməyi lazım bilib.

Misal üçün, komandalar bundan sonra U-13 Liqasında 9 deyil, 7 oyunçu ilə meydançaya çıxacaq. U-14 Liqasının iştirakçıları isə 11 deyil, 9 futbolçu ilə yaşıl sahəyə ayaq basacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti