Qriqorçukdan futbolumuza böyük mesaj: “Gənclərlə belə davranmaq olmaz”

Qriqorçukdan futbolumuza böyük mesaj: “Gənclərlə belə davranmaq olmaz”

"Gənc futbolçularla bağlı məsələ ümumiyyətlə çox ciddi mövzudur. Burada çox savadlı, təmkinli yanaşma lazımdır. Hətta bizim sizinlə gənc futbolçular haqqında necə danışmağımız belə onların gələcək karyerasına təsir göstərə bilər".

Bu fikirlər "Neftçi" və "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuka məxsusdur.

Ukraynalı mütəxəssis "Neftçi"nin gəncləri ilə bağlı ünvanlanan suala cavabında bu cür reaksiya verib.

Qriqorçukun qısa açıqlamasında həqiqətən böyük həqiqətlər gizlənir.

Biz illərdi yazırıq, danışırıq ki, uşaq futbolu ən yaralı yerimiz olmaqla bərabər, həm də ən həssas nöqtəmizdir.

Valideyn yeni doğulan övladı ilə necə davranırsa, federasiya, klublarımız, məşqçilərimiz uşaq futboluna gələn hər kəslə o cür davranmalıdır.

Körpə balalarımızın təkcə topla davranışa deyil, diqqətə, qayğıya ehtiyacı var.

Təəssüf ki, əksər futbol adamlarımız Qriqorçukun dilinə gətirdiyi sadə həqiqəti bilmir.

Bir çox hallarda bilmək istəmir.

Onlara daha çox gələn əcnəbilər maraqlıdır.

Yadellilərin qayğısına daha çox qalırlar.

Onların problemləri daha sürətli həll olunur.

Əcnəbilər daha şirindir.

Biz deyəndə qulaqardına vurulur.

Ona görə də dünənə qədər özümüz dediklərimizi bu dəfə sevdikləri əcnəbinin dilindən eşitdirirəm.

Bəlkə bu dəfə dərs çıxaran olar.

Axı söhbət sadəcə bir futbolçudan yox, minlərlə uşağın gələcək karyerasından gedir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti