AFFA-nın rəhbər işçisi: “Məqsədimiz 20 istedadlı futbolçu üzə çıxarmaqdır”

6 Sentyabr 03:30 Azərbaycan Futbolu 579
AFFA-nın rəhbər işçisi: “Məqsədimiz 20 istedadlı futbolçu üzə çıxarmaqdır”

Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı və Festivalında çıxış edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev məlumat verib.

O, “Liv Bona Dea Arena”dakı seçimlərdə 76 nəfərin iştirak etdiyini bildirib.

“Onların arasında bölgələrdən olan uşaqlar da var. Məqsədimiz dünya çempionatı üçün 20 nəfər istedadlı futbolçu üzə çıxarmaqdır.

Seçimlərimiz oktyabr ayınadək davam edəcək”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Dünya çempionatı oktyabrın 22-31-də təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti