Bölgələrə futbolu belə daşımaq olmaz - PROBLEM VAR

Bölgələrə futbolu belə daşımaq olmaz - PROBLEM VAR

Bizdə azarkeşləri futboldan irgəndirmək üçün ağıla gələn-gəlməyən hər şey edilir.

Futbolda ənənə uğurun, azarkeşin, rəqabətin, inkişafın təməlidir.

Nə hikmətdisə Azərbaycan futbolunda bu sözə qarşı allergiya var.

Məsələn, Bərdədə futbol ənənəsi həmişə olub. Bərdə futbolu deyəndə yada 1980-cı ildə yaranmış "Pambıqçı" düşür. Ən pis halda "Qarabağ Bərdə", ABN-Bərdə və ya Bərdə FK.

Bu mövsüm ikinci liqada təmsil olunan Bərdəni "Haypers" təmsil edir.

Ötən mövsüm Qubanı təmsil edən komanda.

Bir bərdəli "Haypers" adlı kluba necə qəlb qızdıra bilər?

Dünənə qədər "Bərdə", "Pambıqçı" şuarı səsləndirən azarkeş bu gün övladına, nəvəsinə necə desin ki, bundan sonra "Haypers" demək lazımdır?

İlk ev oyunlarını izləyəndə də kluba ögey münasibət aşkar hiss olundu. Tribunlar heç də dolmamışdı. Gələnlər də ikiyə parçalanmışdı - "Bərdə" qışqıran kim, "Haypers" deməyə cəhd edən kim.

Bəli, hər zaman demişik ki, futbol bölgələrə daşınmalıdır.

Amma belə yox da. Bu yamaq vurmaqdır. Yamağın da ömrü uzun sürə bilməz.

Nə bu günü var, nə də sabahı.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti