“Sabah” Avropada Azərbaycana nə qazandırdı?

7 Sentyabr 03:40 Azərbaycan Futbolu 1 399
“Sabah” Avropada Azərbaycana nə qazandırdı?

“Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması Azərbaycanın UEFA reytinqindəki mövqeyinə ciddi təsir edib.

Sportinfo.az xəbər verir ki, “bayquşlar” bu nəticə ilə ölkəmizə ümumilikdə 7 reytinq xalı qazandırıb.

Bunun 1 xalı cavab görüşündəki qələbəyə, 6 xalı isə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəyə görə verilən bonusdur.

Avrokuboklara Azərbaycandan 4 klub başladığı üçün 7 xal 4-ə bölünüb və ölkəmizin mövsümlük əmsalına 1,750 xal əlavə olunub. Bununla Azərbaycanın 2026/27 mövsümündə qazandığı xal 5,125-ə çatıb.

Hazırda bu, Avropada mövsümün ən yüksək göstəricisidir. Azərbaycan bir gecədə 6-cı pillədən 1-ci yerə yüksələrək Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərəni qabaqlayıb.

Son 5 mövsümün nəticələrinin nəzərə alındığı UEFA ölkə reytinqində isə Azərbaycanın xalı 23,687-yə çatıb. Ölkəmiz Sloveniyanı (22,843) geridə qoyaraq 25-ci pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM