Azərbaycan Kubokunun final matçı bu şəhərdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu şəhərdə keçiriləcək

Azərbaycan kubokunun final görüşü Gəncə şəhərində baş tutacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov sosial şəbəkə hesabında paylaşım edib.

“Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək”, - deyə Səmədov qeyd edib.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşünün 2027-ci il mayın 12-də keçirilməsi nəzərdə tutulub. Əlavə edək ki, ölkə kubokunun həlledici görüşü ilk dəfə Gəncədə keçirilmiş olacaq.

Digər Xəbərlər
Xəbər Lenti