Tovuzda Rəşad Sadıqov FƏRQİ - O olmasaydı...

Tovuzda Rəşad Sadıqov FƏRQİ -  O olmasaydı...

"Zirə" Tovuz səfərində məğlubiyyətə üzüldü.

Son dəqiqələrdə gələn qol “qartallar”ı qələbədən məhrum etdi.

Final fitindən sonra isə meydanda qarışıqlıq yarandı, gərginlik pik həddə çatdı.

Hadisələrin məcrasından çıxmamasının isə bir səbəbkarı var - Rəşad Sadıqov.

Həqiqətən də, belə bir məqamda Sadıqov çox ağıllı və səbirli davrandı.

Emosiyaların pik həddə olduğu anda həm özünü itirmədi, həm də futbolçularını və məşqçilər korpusunu nəzarətdə saxlamağı bacardı.

Kapitan Qismət Alıyev, mərkəz müdafiəçisi Ruan Renato kimi emosiyalarını cilovlamaqda çətinlik çəkən futbolçular və məşqçilər hakimlərin üzərinə getdilər.

Jo başda olmaqla bəzi tovuzlu futbolçular və Kurban Berdiyevin italyan köməkçiləri Vincenzo Cestaro, Marko Caser “Zirə” tərəfini provokasiyaya çəkməyə çalışırdı.

Amma bütün bunlara baxmayaraq, Sadıqov vəziyyəti idarə etməyi bacardı.

Hətta futbolçularını və məşqçilər korpusunu sərt şəkildə kənara çəkərək onları hadisələrin mərkəzindən uzaqlaşdırdı.

Özü isə baş verənlərə mümkün qədər sakit reaksiya verdi.

Əgər Rəşad Sadıqov da futbolçularına və məşqçilərinə qoşulub eyni aqressiyanı nümayiş etdirsəydi, böyük ehtimalla hadisələr daha da böyüyə bilərdi.

Nəticədə hər iki tərəfə ciddi cəzalar qaçılmaz olacaqdı.

Tovuzda buna birmənalı şəkildə Rəşad Sadıqov imkan vermədi.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti