"Oyun sayına görə Azərbaycanda ən azı ilk “5-lik”də yer almaq istərdim".
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Urfan Abbasov Azərbaycan çempionatlarında 300 oyun keçirməsi ilə bağlı danışarkən deyib.
31 yaşlı müdafiəçi hədəfinin daha çox oyun keçirmək olduğunu söyləyib:
“Azərbaycan çempionatlarında bu qədər oyun keçirdiyim üçün sevinirəm. Azərbaycan çempionatlarında məndən çox meydana çıxan futbolçular var.
Qismətdirsə, hədəfim daha çox oynamaqdır. Əsas odur ki, zədə olmasın”.
U.Abbasovun 300-cü matçı Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün VI turunda baş tutan "Kəpəz" klubu ilə oyuna təsadüf edib.
O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb. Təcrübəli müdafiəçi bu müddətdə 7 qola imza atıb.