Məşhur yerli “Qarabağ”lı üçün 2026-cı il başa çatdı

22:20 Qarabağ 180
Məşhur yerli “Qarabağ”lı üçün 2026-cı il başa çatdı

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov bu il Elvin Cəfərquliyevin xidmətindən yararlana bilməyəcək.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın sol cinah müdafiəçisi zədə səbəbindən sentyabrın ilk günündə əməliyyat olunub və uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

25 yaşlı futbolçunun ilkin olaraq dekabr ayında fərdi və kollektiv məşqlərə başlaması gözlənilsə də, onun tam bərpası daha uzun çəkəcək.

Bu səbəbdən Elvinin rəsmi oyunlarda iştirakı ən yaxşı halda 2027-ci ilin yanvar-fevral aylarına təsadüf edəcək.

Mataq üçen bildirək ki, Cəfərquliyev Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən “Dinamo Kiyev”lə oyunda zədələnmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO