Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Turnirində uğurlu çıxış etdilər

04:20 Cüdo 58
Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Turnirində uğurlu çıxış etdilər

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində uğurlu çıxış ediblər.

Sportinfo.az xəbər verir ki, Azərbaycan komandası yarışda 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

Kamran Quliyev G-10 divizionunda bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. Sadiq Nəzirov G-2 divizionunda ikinci, Yusif Nəsirli isə G-7 divizionunda üçüncü olub.

Adilə Niftəliyeva da iki medal qazanıb. O, G-24 divizionunda bürünc, kata yarışında isə gümüş medal əldə edib.

Beləliklə, Azərbaycan komandası turniri ümumilikdə 5 medalla başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız