Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi İbrahim Maza karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə Londonun iki klubu – “Arsenal” və “Tottenhem” yaxından maraqlanır.
Bundan başqa, “Çelsi”, “Mançester Siti” və “Aston Villa” da əlcəzairli oyunçunun xidmətində maraqlıdır.
Maza bu mövsüm bütün turnirlərdə 5 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Onun “Bayer”lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. “Transfermarkt” futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.
Mazanın xidmətində maraqlı olan “Arsenal” UEFA Çempionlar Liqasının son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.
