“Sabah”ın legioneri Timoteuş Puxaç xanımı ilə maraqlı vloq çəkib.
Sosial şəbəkələrdəki aktivliyi ilə diqqət çəkən polşalı müdafiəçi “instagram” hesabında paylaşım edib.
O, “Mançester Yunayted”də oyundan sonra Markus Reşfordun formasına sahiblənib. Və həmin formanı özünə hədiyyə edib.
Xanımına isə Çempionlar Liqasındakı debüt matçında geyindiyi formanı bağışlayıb.
Puxaç həyat yoldaşına futbolkanı qorumağı, onu heç kimə verməməyi xüsusi şəkildə tapşırıb.
Polşanın “instagram” səhifələrində paylaşılan sözügedən video xüsusi coşqu ilə qarşılanıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
