Gimnastlarımız Slovakiyadakı beynəlxalq turnirdə 7 medal qazandı

07:10 Digər növlər 70
Gimnastlarımız Slovakiyadakı beynəlxalq turnirdə 7 medal qazandı

Azərbaycan gimnastları Slovakiyanın Bratislava şəhərində keçirilən "Slovak Trampoline Open Cup" beynəlxalq turnirində 7 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.

Sentyabrın 25-dən 28-dək gerçəkləşən yarışda Əli Niftəliyev ilə İbrahim Mustafazadə sinxron proqramda 39.600 xalla qızıl medala sahib olublar.

İkili mini-batut turnirində Çingiz Vəliyev 49.300 xalla, Vəfa Əlisultanova isə 44.000 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərdi proqramda İbrahim Mustafazadə (51.710 xal) və Fərhad Vəliyev (51.800 xal) gümüş mükafatın sahibi olublar.

Əli Niftəliyev fərdi çıxışda (51.499 xal), Fərhad Vəliyev isə ikili mini-batutda (46.000 xal) bürünc medala yiyələniblər.

Azərbaycan gimnastları Slovakiyadakı beynəlxalq turnirdə 7 medal qazanıblar

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız