Bu mövsüm Super Liqada iştirak edən «Çorum» Marko Yankoviçlə yenidən təmas qurub.
Türkiyə klubu menecerlər vasitəsilə «Qarabağ»ın yarımmüdafiəçisinə növbəti təklifini irəli sürüb.
Qarşı tərəf bu yay Çin, Səudiyyə Ərəbistanı və Yaponiya komandalarından da dəvət almış orta sahə oyunçusuna illik 600 min avro ödəməyə hazırdır.
Monteneqro yığmasının üzvü bu maaşa razı olarsa, onunla 2 illik müqavilə imzalanacaq.
2022-ci ilin yayında «Qarabağ»ın formasını geyinən balkanlı legionerin sözləşməsi 2027-ci ilin yayında bitəcək.
Keçidə yalnız bu maneə ola bilər. Çünki «Çorum» Yankoviçi təzminat ödəmədən əldə etmək istəyir. Bunu səbəbkarın nəzərinə çatdırıblar.
SPORTİNFO.AZ
