“Barselona” Rafinyadan narahatdır - Millidə zədələnməsinə görə

00:00 İspaniya 107
“Barselona” Rafinyadan narahatdır - Millidə zədələnməsinə görə

“Barselona” rəhbərliyi Rafinya Diasın Braziliya millisinin düşərgəsində növbəti dəfə zədələnməsindən narahatdır.

Sportinfo.az “Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin nümayəndələri 29 yaşlı futbolçunun milli komandada olduğu müddətdə fiziki durumunu diqqətlə izləyir.

“Barselona” braziliyalı hücumçunun yığmanın heyətində keçmiş zədə tarixçəsindən narahatdır.

Klub hesab edir ki, Braziliya millisinin məşqçilər heyəti futbolçunu həddindən artıq yükləyir və bu da onun zədələnmə riskini artırır.

Rafinya sentyabrın 25-də Avstraliya millisi ilə keçirilən yoxlama oyununda məhsuldar ötürmə ilə yadda qalıb. Komandalar sabah daha bir yoxlama matçında üz-üzə gələcəklər.

“Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın rəqiblərindən biridir. Tərəflər noyabrın 25-də, Bakıdakı Olimpiya stadionunda üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız