“Sabah”ın müdafiəçisini milliyə dönməsinə peşman etdilər

29 Sentyabr 02:10 Sabah 470
“Sabah”ın müdafiəçisini milliyə dönməsinə peşman etdilər

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç 2 illik fasilədən sonra Polşa yığmasının heyətində meydana çıxıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu UEFA Millətlər Liqasının B Liqasının ikinci turu çərçivəsində İsveçə qarşı keçirilən səfər oyununda start heyətində yer alıb.

İlk hissədə sarı vərəqə ilə cəzalanan Puxaç 65-ci dəqiqədə əvəzlənib. Frankovski onun əvəzinə meydana çıxıb.

Matç Polşa yığmasının məğlubiyyəti ilə başa çatıb.

2 turdan sonra 1 xalı olan Polşa millisi qrupda üçüncü pillədə qərarlaşıb.

İsveç - Polşa 3:1
Qollar:
Nygren, 8 (1:0), Szimanski, 43 (1:1), Ayari, 63 (2:1), Qyökereş, 72 (3:1)

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM