Ehtiram Quliyev “Turan”dan gedərsə, o, rəhbərliyə gələcək?

16:00 Turan 181
Ehtiram Quliyev “Turan”dan gedərsə, o, rəhbərliyə gələcək?

Daha öncə xəbər verildiyi kimi, oktyabrın 4-də «Turan Tovuz»un İdarə Heyətinin yığıncağı keçiriləcək.

Toplantıda klubun mövcud durumu müzakirə olunacaq.

2023-cü ilin yazından bəri «bozqurdlar»a rəhbərlik edən Ehtiram Quliyevin sədr postundan ayrılması gündəmdədir.

Mətbuatda yayılan məlumatlara görə, onu Həsən Zeynalov əvəzləyəcək.

İddia olunur ki, 3 ay öncə sədr müavini təyin edilən iş adamı «Turan Tovuz»un başına keçməyə hazırdır. Hətta onun qərb təmsilçisinə indikidən daha böyük büdcə ayıracağı bildirilir.

Redaksiyamızın əldə etdiyi informasiyaya görə, gerçək durum bundan 180 dərəcə fərqlidir. Belə ki, H.Zeynalov E.Quliyevdən sonra «Turan Tovuz»da fəaliyyət göstərməyə maraqlı deyil.

Ümumiyyətlə, İdarə Heyətinin tam tərkibdə klubdan ayrılması gündəmdədir. Başqa sözlə, sədr vəzifəsindən ayrılarsa, rəhbərlikdən 1 nəfər də burada qalmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO